NATO -nun baş katibi Yens Stoltenberq Kiyevin Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciətini alıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müavini İqor Jovkva brifinq zamanı bildirib.
“Bu günə qədər Baş Katib (NATO) Ukraynadan nota vasitəsilə rəsmi müraciəti qəbul edib.
Jovkvanın sözlərinə görə, növbəti mərhələ bu ərizənin Şimali Atlantika Şurası səviyyəsində, yəni NATO üzvü olan ölkələrin Brüsseldəki səfirləri səviyyəsində müzakirəsi olacaq.
Bundan əvvəl Zelenski Ukraynanın NATO-ya üzvlük üçün sürətli şəkildə müraciət etdiyini bildirib . Onun sözlərinə görə, Kiyev və alyans artıq “de-fakto müttəfiqdir”, lakin bu statusun sənədləşdirilməsinə ehtiyac var.
NATO cavabında bildirdi ki, alyansa qoşulmaq istəyən hər bir ölkə onun namizədliyi 30 üzv ölkə tərəfindən yekdilliklə təsdiqləndiyi zaman müəyyən edilmiş prosedura əməl etməlidir. Eyni zamanda, Ağ Ev hesab edir ki, Ukraynanın NATO-ya daxil olması başqa vaxt müzakirə edilməlidir.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl Rusiya prezidenti Vladimir Putinə Ukraynanın dərhal NATO-ya daxil olması məsələsinin masada olmadığını vəd etdiyini iddia edib.
Gültəkin Ələsgər