Rusiyanın enerji şirkəti "Qazprom" Avstriya üzərindən İtaliyaya təbii qaz nəqlinin bərpa olunduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, "Qazprom" tərəfindən edilən şərhdə, tərəflər arasında Avstriya üzərindən İtaliyaya daşınmaların bərpası üçün həll yolu tapıldığı ifadə edilib.
Açıqlamada qeyd olunub ki, Avstriyadakı operator "Qazprom" daşımalarına icazə verib və beləliklə, İtaliyaya daşınmalar bərpa edilib.
Avstriyada sanksiyalar səbəbiylə ortaya çıxan yeni qanunvericiliklə bağlı problemlərə görə "Qazprom"un İtaliyaya daşımaları oktyabrın 1-də dayandırılıb.
Gülayə Mecid