ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın 17 erməni hərbi əsirin Ermənistana qaytarılmasına münasibət bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.
"(Sərhəddə baş verən) son zorakılıqlardan sonra Azərbaycanın 17 erməni hərbi əsirini geri qayıtmasını alqışlayırıq. Birləşmiş Ştatlar davamlı sülh sazişinin əldə edilməsi üçün davam edən səyləri dəstəkləməyə davam edir", - Sallivan qeyd edib.
Xatırladaq ki, dünən Azərbaycan tərəfi ABŞ-ın vasitəçiliyi ilə 17 erməni hərbi əsirini Ermənistan tərəfinə qaytarıb.
Ağarza Elçinoğlu