Türkiyənin Yalova Bələdiyyəsi polis qrupları tərəfindən tutulan dilənçinin üzərində 12 min TL pul tapılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Yalova polisi tərəfindən verilən açıqlamada qeyd olunub. 

Bildirilən məlumata görə, şəhərin mərkəzində dilənçiliklə məşğul olan kişidə tapılan pul hər kəsi şoka salıb. Vətəndaşlardan pul tələb edən dilənçi Yalova Bələdiyyəsinin polis qrupları tərəfindən Cevdet Aydın parkında yaxalanıb. Polis Şöbəsinə aparılan dilənçinin üzərində axtarış zamanı təxminən 1 100 manat pul tapılıb.

Ağarza Elçinoğlu