Ukrayna prezidenti Volodimir Zelenski Ali Baş Komandanın qərargahında iclas keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının "Telegram" kanalında məlumat yayılıb.
İclasda kəşfiyyat nümayəndələri, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və əməliyyat xətlərinin komandirləri cəbhədəki vəziyyətlə bağlı məruzə ediblər.
Bundan əlavə, cəbhədəki mövcud vəziyyəti və Rusiya ordusunun yeni silahlarını müzakirə edilib.
Ağarza Elçinoğlu