Qırğızıstanın birpalatalı parlamentinin (Joqorku Keneş) deputatları yeni spiker təyin ediblər.
"Unikal" xəbər verir ki, bu vəzifəyə Nurlanbek Şakiyev layiq görülüb.
Qeyd edək ki, seçkilər gizli şəkildə keçirilib və parlamentin 80 deputatının lehinə səs verməsi nəticəsində Nurlanbek Şakiyevin yeni spiker vəzifəsinə təyinatı təsdiqlənib.