Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 779 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 313, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 145, üç və daha çox doza vaksin vurduranların sayı 273, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 48 nəfərdir.