"Çin və ABŞ əsas məsuliyyətli güclər kimi çıxış etməli və dünyada sabitliyin və sülhün qorunması üçün məsuliyyət daşımalıdırlar".  

"Unikal" xəbər verir ki, bu barədə Çin lideri Si Cinpin Pekində ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı bildirib.

"Mən həmişə hesab etmişəm ki, böyük bir ölkə özünü böyük dövlət kimi aparmalı, böyük dövlətin ağlına və məsuliyyətinə sahib olmalıdır. Çin və Birləşmiş Ştatlar bu cür davranış nümunəsi göstərməli və dünya sülhü üçün məsuliyyət daşımalı və qlobal birliyi təşviq etməlidir”, - deyə Si bildirib