İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Məhəmməd Rza Aştiani Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin Qazaxıstanda keçirilən 21-ci iclası çərçivəsində Çinin müdafiə naziri Li Şanfu ilə danışıqlar aparıb.
“Unikal” xəbər verir ki, nazirlər regionda son gərginliklər, Qəzzadakı acınacaqlı vəziyyəti və ABŞ-ın regionda sabitliyi pozan hərəkətlərini müzakirə ediblər.
Nazirlər regional və beynəlxalq təhlükəsizlik məsələlərinin həlli üçün tərəflər arasında daha sıx əməkdaşlıq və yaxınlaşmanın zəruri olduğunu bildiriblər.