Ukraynada daha bir deputat vətənə xəyanətdə ittiham olunub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosunun mətbuat xidməti məlumat yayıb.
“Xalq deputatı Renat Kuzmin dövlətə xəyanətdə şübhəli bilinir", - mesajda deyilir.
İstintaq zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, deputat Rusiya Federasiyasına genişmiqyaslı işğalın başlanması ərəfəsində və ondan sonra kütləvi informasiya vasitələrində Ukraynanın ziyanına təbliğat materialları yerləşdirib.
Gülayə Mecid