Martın əvvəlində Azərbaycanın təklif etdiyi 5 məlum prinsip dərc olunub və ictimaiyyətimiz də, beynəlxalq ictimaiyyət də bunu yaxşı bilir. Müəyyən etmişik ki, bizim üçün etiraz ediləcək heç nə yoxdur.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Bu dəfə Azərbaycan tərəfinin irəli sürdüyü təkliflər, əslində, bu prinsiplər üzərində qurulub. Təbii ki, orada təhlil etdiyimiz və mütləq reaksiya verəcəyimiz şeylər var, bizim üçün qəbuledilməz olanlar olacaq, məqbul olmayacaq şeylər olacaq, təkliflər olacaq... normal danışıqlar prosesi davam edəcək", - Mirzoyan bildirib.
Ağarza Elçinoğlu