İran ərazisində 5,1 bal gücündə zəzələ baş verib.
Bu barədə "Unikal"-a Milli Seysmologiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:51-də Naxçıvan stansiyasından 92 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.
Qeyd edək ki, bu gün saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub.