Ukrayna Silahlı Qüvvələri cənubda doqquz “Şahed-136” kamikadze pilotsuz uçan aparatını məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat  yayıb.

"Oktyabrın 5-dən 6-na keçən gecə Rusiya işğalçı qüvvələri İran istehsalı olan “Şahed-136” kamikadze təyyarələri ilə Ukraynaya hücum edib. “Cənub” hava komandanlığının hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən 9 kamikadze pilotsuz uçan aparat məhv edilib", - deyə məlumatda qeyd edilib. 

Seymur Əli