Vladimir Putin 70 illik yubileyini Sankt-Peterburqda MDB ölkələrinin başçıları ilə birlikdə qeyd edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
"MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü oktyabrın 7-nə planlaşdırılıb, o, Sankt-Peterburqdakı Konstantinovski sarayında keçiriləcək", - Putinin sözçüsü deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin sabah Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirakını təsdiqləyib.
Qeyd edək ki, MDB ölkəsi kimi Azərbaycanın sözügedən tədbirdə iştirakı ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Ağarza Elçinoğlu