Almaniya hökuməti Ukraynaya 11 milyon avro dəyərində yardım paketi hazırlayıb.
"Unikal" xəbər verir ki, bu barədə həftəlik Der Spiegel qəzeti xəbər yayıb.
Kiyevin Silahlı Qüvvələrin qış texnikası ilə təmin edilməsi ilə bağlı müraciətini yerinə yetirən Almaniya ən qısa zamanda cəbhəyə 100 min isti sviter, yüz qızdırılan çadır, eləcə də bir neçə yüz portativ elektrik generatoru və quru rasionu olan altlıqlar göndərəcək.
Eyni zamanda, kansler Olaf Şolz indiyə qədər Ukraynaya piyada döyüş maşınları və döyüş tankları verməkdən çəkinib, qəzet qeyd edir.