Körfəz ölkələrinin əksəriyyəti hava məkanını bağlayıb

"Unikal" xəbər verir ki, bu ölkələr Qətər, Küveyt, İraq, Bəhreyn və BƏƏ-dir.

Bundan əvvəl İran ABŞ-ın Qətərdəki hərbi bazalarına zərbələr endirib. Pentaqon amerikalı personal arasında itkilərin olmadığını bildirib.

XXX

21:14

Qətər hökuməti təhlükəsizlik səbəbi ilə ölkənin hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Qətərin öz vətəndaşlarının, əcnəbi sakinlərinin və turistlərin təhlükəsizliyini təmin etmək istəyinə əsaslanaraq, müvafiq xidmətlər dövlətin hava məkanında hava hərəkətinin bağlandığını elan edir. Bu tədbirlər regionda baş verən proseslər fonunda bir sıra digər qabaqlayıcı tədbirlərlə yanaşı həyata keçirilir", - nazirliyin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir.