Venesuelanın şimalında daşqınlar nəticəsində azı 22 nəfər ölüb, 52 nəfər hələ də itkin düşüb.
"Unikal" xəbər verir ki, prezident Nikolas Maduro üç günlük matəm elan edib.
Bu barədə prezidentin icraçı vitse-prezident Delsi Rodriges bildirib.
"Bu günə qədər 22 ölü cəsədi tapılıb, 52-dən çoxu itkin düşüb", o, jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Las-Teherias şəhəri yaxınlığında bir neçə dağ çayı öz sahilindən çıxıb. "Prezident Nikolas Maduro ərazini fəlakət zonası elan edəcək və o, həmçinin üç günlük matəm elan edib", - Rodriges deyib. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.