Rusiya Ukraynanın Krım körpüsünə qarşı terror hücumuna yalnız terrorçuları birbaşa məhv etməklə cavab verməlidir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Rusiyanın bu cinayətə cavabı yalnız terrorçuların birbaşa məhvi ola bilər. Necə ki, dünyada adətdir. Rusiya vətəndaşları da bunu gözləyir", - Medvedev deyib.
Onun sözlərinə görə, cinayətin sifarişçisi və icraçısı uğursuz Ukrayna dövlətidir: "Bu, cinayətkar Kiyev rejimi tərəfindən törədilən terror aktı və təxribatdır. Heç bir şübhə yoxdur və olmayıb. Bütün hesabatlar və nəticələr çıxarılıb".
Ağarza Elçinoğlu