G7 ölkələrinin təcili iclası keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, bu məsələ barədə Almaniya Kansleri Olaf Şoltsla danışıb. Zelenski, həmçinin sözügedən iclasda çıxış etmək niyyətində olduğunu qeyd edib.