"İstər avtonəqliyyat, istərsə də daşınmaz əmlak sığorta hadisəsi yarananda, sığortaçı bütün əyri yolları işlədir ki, ya sığorta ödəməsin, ya da az ödəsin. Mən insanlar tanıyıram ki, başına açılan oyunlardan bezərək sığorta pulundan imtina edib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. O bildirib ki, bir neçə il bundan qabaq “Atəşgah” sığorta ilə bağlı sığorta hadisəsi məsələsi olub:
"Müxtəlif üsullardan istifadə edib rəhbərliyə, ən azından şöbə müdirinə çıxmaq istədim. Mümkün olmadı. Qaynar xətt telefonuna zəng etməli olursan, bir xanımla danışırsan, o da eyni sözləri təkrar edir. Bilmirsən canlıdır, yoxsa robot. Facebook-da bir paylaşım etdim, şərhlər bölümündə 500-dən çox şərhləri oxusaydınız görədiniz ki, sığorta bazarı hansı vəziyyətdədir. Digər bir məsələ isə sığortaolunanın həftələrlə, aylarla qapılar döyməsidir. Qanunu daha da sadələşdirək, məmurun əyri manevrlər etməsi üçün yolları bağlayaq. Bəzən kiçik avtonəqliyyat hadisəsində belə vətəndaş həftələrlə incidilir. Belə olmaz. Sığorta şirkəti belə məqamlarda bəhanələr gəzir ki, kaş ki, o sürücünün bir problemi yaransın, şirkət sığorta ödəməsin. Belə olan halda sığorta sisteminə hansı etibardan danışmaq olar?"
Anar Kəlbiyev