Tualetə 100 lirə atdığı anların görüntülərini paylaşan sosial media fenomeni Mika Can Raun türk lirəsini təhqir etdiyi səbəbi ilə saxlanılıb.
"Unikal" xəbər verir ki, Raun polis bölməsindəki prosedurlardan sonra məhkəməyə aparılıb.
Sosial mediada çəkdirdiyi videolarla tanınan və ötən aylarda cinsiyyət dəyişdirmə əməliyyatı keçirərək qadın olan Mika Can Raun 100 lirəni tualetə atarkən çəkdirdiyi videonu sosial media hesabında paylaşıb. Görüntülərdən sonra İstanbul Kibercinayətlərlə Mübarizə Şöbə Müdirliyi qrupları Mika Can Raunu “Dövlətin suverenliyinin əlamətlərini alçaltmaq” ittihamı ilə saxlayıb.
Sağlamlıq yoxlanışından sonra təhlükəsiz əraziyə gətirilən Raun əməliyyatları bitdikdən sonra ədliyyəyə aparılıb.Şübhəlinin cinayət təqibi davam edir.
Gültəkin Ələsgər