2023-cü il dövlət büdcəsindən ehtiyata və istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərcləri məlum olub.
"Unikal" xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, bu məqsədlə 12 709 699 manat vəsait ayrılması proqnozlaşdırılır.