"Qismən səfərbərlik elan olunandan sonra ruslar ölkəsini tərk etməyə və qonşu dövlətlərə üz tutmağa başlayıblar. Hazırda rusiyalıların ən çox üz tutduğu ölkələrdən biri də Azərbaycandır".
Bunu "Unikal" açıqlamasında Bakıda Daşınmaz Əmlakın alqı-satqısı, kirayəsi məsələləri ilə məşğul olan ekspert Məcid Məcidov deyib.
Onun sözlərinə görə, Rusiyanı tərk edənlər paytaxt Bakıda günlük kirayə evlər götürürlər. Lakin qiymətlərin süni artımı onlar üçün qənaətbəxş deyil.
“Rusiya vətəndaşlarının ən çox getdiyi ölkələr siyahısında Gürcüstan, Qazaxıstan və Azərbaycan ilk yerdədir. Onların ölkəmizə gəlişi kirayə bazarında qiymətlərin yenidən bahalaşmasına səbəb olub. Belə ki, günlük kirayə götürənlər vəziyyətlə əlaqədər olaraq ya günün vaxtını uzadırdılar yaxud 1 aylıq kirayə mənzil axtarırlar. Bu da Daşınmaz Əmlakda kirayə bazarında aylıq və günlük mənzillərin qiymətlərində artım yaradır. Bahalaşma təkcə kirayə mənzillərdə deyil, həmçinin restoranlarda, gecə klublarında da müşahidə etmək olar. İşsiz qalan ruslar paytaxt Bakıdakı qiymətlərlə ayaqlaşmayaraq, ölkəni tərk etmək məcburiyyətində qalırlar. Onlar digər ölkələrə- İsrailə, ən çox da qardaş Türkiyəyə üz tuturlar”.
Bundan əlavə, ekspert bildirib ki, rusların ölkəni tərk etməsi kirayə mənzillərin qiymət bazarında da öz təsrini göstərib:
"Son günlərdə rusların öz ölkələrinə geri qayıtması Daşınmaz Əmlakda kirayə mənzillərin qiymətlərinin düşməsinə səbəb oldu. Hazırda günlük və aylıq kirayə mənzil bazarında durğunluq hökm sürür".
Gülayə Mecid