Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda su borusu partlayıb.
"Unikal"ın məlumatına görə, hadisə Yeni Yasamal yaşayış kompleksində qeydə alınıb.
Əsəd Əliyev küçəsində yüksək təzyiqli yeraltı xətt deşilərək 1,5-2 metr hündürlüyündə fontan vurub, küçəni su basıb. Nəticədə ərazidəki bir sıra obyektlərə ziyan dəyib.