“Günay Bank” Açıq Səhmdar Cəmiyyəti 2022-ci ilin 3-cü rübü ilə bağlı hesabatını ictimaiyyətə təqdim edib.
"Unikal"ın məlumatına görə, hesabata nəzər salarkən məlum olur ki, bank inamla böyüməkdə davam edir, ilin əvvəlinə nisbətən bankın ümumi aktivləri 33.425.3 min manat və ya 13% artaraq 283.894.7 min manata çatıb.
“Günay Bank” cari ilin 9 ayı ərzində 616.3 min manat mənfəət əldə edib. Bu göstərici isə ötən ilin 9 ayına nisbətən 217,6 min manat və ya 55% artımın nəticəsidir.
Həmçinin məlum olur ki, ümumi kredit portfelinin artımı 8.350.1 manat və ya 4% təşkil etməklə ilin əvvəlinə nisbətən 211.794.3 min manata çatıb. Bankın məcmu kapitalı isə 65.363.3 min manata yüksəlib.
Yuxarıda qeyd olunanlar “Günay Bank” ASC-nin ölkə üzrə korporativ bankçılıqda uğurla irəlilədiyinə dəlalət edir.