Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri seçilib.

"Unikal" xəbər verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilib.

Akademik Milli Dram Teatrında keçirilən qurultay çərçivəsində birliyin sədrlik postuna seçki keçirilib.

***

11:03

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilir.

"Unikal" xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir.

Qurultayda AYB-nin sədri vəzifəsinə seçki keçiriləcək. Birliyin sədrliyinə üç namizədin adı məlumdur. Onlar Xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlidir.

Qeyd edək ki, AYB-nin hazırki sədri ona 1987-ci ildən bəri rəhbərlik edən Xalq yazıçısı Anar Rzayevdir.