“Süd vəzi xərçənginin ən ağır forması olan 4-cü mərhələdə belə sağalmaq mümkündür”.
"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.
O, süd vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən anaların körpələrinə hansı hallarda süd verə biləcəyinə də aydınlıq gətirib: "Əgər şiş xoşxassəlidirsə, çıxarılıbsa və ya çıxarılmağa ehtiyacı yoxdursa, qadın uşağına süd verə bilər. Lakin qadında bədxassəli şiş varsa, əməliyyat olunubsa, həmin qadınlara uşaq dünyaya gətirmək tövsiyə edilmir".
O qeyd edib ki, xoşxassəli şişin süd vəzindən çıxarılmasından sonra bir daha yaranma ehtimalı yoxdur:
“Lakin bədxassəli şiş əməliyyatla götürülübsə, həmin şəxs yenidən xərçəng xəstəliyinə tutula bilər”.