"Həyat, deyəsən, gözəldir" (“Fəryad 2”) filminin premyerası "Korkut Ata" film festivalında olacaq.

"Unikal" xəbər verir ki, bu barədə  Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti Vaqif Mustafayevin çəkdiyi, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı şanlı qələbəyə həsr olunmuş “Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filminin dünya premyerası 1-5 noyabr tarixində Türkiyə Respublikasının Bursa şəhərində keçiriləcək “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalında baş tutacaq.