Yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Unikal"a verilən məlumata görə, zəlzələ 3,6 maqnitudada olub.

Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib.