Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2022-ci ilin sentyabr ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 234 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Bu barədə "Unikal"a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, ötən ay ölkədən çıxışı qadağan olan 420 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 24 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.