Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Vidadi Məhərrəmov 2006-2013-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olub. Həmçinin, Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışıb. Məktəb direktoru, kənd sovetinin sədri və icra başçısının müavini işləyib.