Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. 

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki,  əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb. 

*** 12:37

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hazırda Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirir. 

"Unikal" xəbər verir ki, əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir. 

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.