Salyan şəhərini içməli su ilə təmin edən kəmərdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar şəhərə içməli suyun verilməsi dayandırılıb.

Bu barədə "Unikal"a Azərsu ASC-dən bildirilib.
Qeyd edilib ki, 2 noyabr tarixində günün sonuna qədər təmir-bərpa işləri başa çatdırılacaq və suyun verilməsi bərpa olunacaq.