"Tərtər işi" üzrə məhkum edilmiş və işi ayrıca icraata verilmiş Emil Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

"Unikal" xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Vəkil Rəsul Cəfərov bildirib ki, qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Həmçinin Emil Əliyev təqsirləndirilən şəxs statusuna qaytarılıb.

***

18:02

"Tərtər işi" üzrə həbs edilmiş daha 7 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

"Unikal" xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qax sakini bıçaqlanıbVəkil Rəsul Cəfərovun APA-ya verdiyi məlumata görə, qərara əsasən, Tərtər Hərbi Məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

7 nəfərin üzərindən məhkumluq götürülüb və təqsirləndirilən şəxs statusu verilib.