Azyaşlıları küçə ticarətinə cəlb edən şəxs polis tərəfindən müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə "Unikal"a DİN-dən məlumat verilib.
Məlumata görə, paytaxtın mərkəzi küçələrində azyaşlılar vasitəsilə gül, salfet, ətir və digər əşyalarının satışını təşkil edən 1984-cü il təvəllüdlü İbrahim Mustafayev barəsində məhkəmə qərarı ilə 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.