Bu gün Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən şəhid Rövşən İbrahim oğlu Əliyevin, şəhid Pünhan Nəsir oğlu Abbasovun, şəhid Ağabəy Zaur oğlu Məmmədquliyevin, şəhid Şaiq Namiq oğlu Kəlbiyevin, Şəhid Yunis Rafiq oğlu Surxayevin, şəhid Rəşad Arif oğlu Abdullayevin, şəhid ramal Məhəmməd oğlu Məmmədovun, şəhid Elnur Dönməz oğlu İbrahimovun,  şəhid Tofiq Dadaş oğlu Kərimov, şəhid Sadiq Sadiq oğlu Əzizlinin,  Şəhid Tural Rauf oğlu Həsənovun, şəhid Anar Sahib Nağıyevin ailələri ziyarət olunub.

"Unikal" xəbər verir ki, görüşdə 8 Noyabr – Zəfər Günü münasibəti ilə şəhid ailələri təbrik edilmiş, onlara bayram sovqatı, uşaqlara isə hədiyyələr təqdim edilib. 

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.