Cari semestr üzrə bu günədək 3 312 tələbə kredit almaq hüququ əldə edib. Onlardan 1 168-i sosial, 1 796-sı isə standart növ təhsil kreditidir. Bununla da ümumilikdə 10 127 təhsilalana kredit verilib.

Bu barədə bu gün "Unikal"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.