Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycana rəsmi səfər edib.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində Oqtay noyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Əli Əsədovla danışıqlar aparacaq.
Oqtay Əsədovla birlikdə Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclasına sədrlik edəcək.
Bundan əlavə, Oqtay Türkiyə-Azərbaycan birgə biznes forumunda iştirak edəcək.
Noyabrın 5-də Fuat Oktay 2020-ci ildə erməni işğalından azad olunmuş Şuşaya yola düşəcək.
21:44
Türkiyənin vitse-prezidenti Fuad Oktay Azərbaycana səfər edib.
"Unikal" xəbər verir ki, Fuad Oktay bu barədə tviter hesabında yazıb.
“Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 10-cu Toplantısını keçirmək və hər sahədə əlaqələrimizi gücləndirmək üçün Azərbaycandayıq”, - Fuad Oktay sosial şəbəkə hesabında qeyd edib.