Göygöl rayonunda Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev əmr imzalayıb.

Əmrə əsasən, Namiq Sahib oğlu Cəfərov icra hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, N.Cəfərov Naxçıvan Dövlət Universtetinin Hüquq fakültəsini bitirib. Xızı Rayon İcra Hakimiyyətində başçının köməkçisi, Gəncə "Asan xidmət" mərkəzinin direktoru və Azərbaycan Dövlət Aqrar Universtetində məsul vəzifələrdə çalışıb. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və “Şuşanın azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Tural Əhmədov