Bu ilin oktyabr ayında hamilə qadın Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 2 nömrəli doğum evinə doğum sancıları şikayəti ilə daxil olub. 

"Unikal"ın məlumatına görə, 2 nömrəli doğum evinin ginekologiya şöbəsinə müdir, həkim Əminə Allahverdiyeva bildirib ki, müraciət edən xəstədə uşaqlıqda çapıq olduğu üçün dördüncü övladını cərrahi yolla dünyaya gətirib. 

O qeyd edib ki, hazırda vəziyyəti kafi olan xəstənin doğuş xərcləri icbari tibbi sığortanın şərləri ilə həyata keçirilib. 

Xəstənin özü, ailə üzvləri xəstəxanadan və həkim Ə.Allahverdiyevadan razılıq ediblər.