"Bir ağac-min nəfəs” devizi altında “Tullantıları tinglərə dəyiş” aksiyası çərçivəsində plastik, şüşə, kağız, işlənmiş batareyaları təhvil verən vətəndaşlara ağac tingləri paylanılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova "Unikal"a bildirib ki, “Tullantıları tinglərə dəyiş” aksiyasının keçirilməsində məqsəd ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etmək, ağac əkilməsini təşviq etmək, eyni zamanda tullantıların sayının azaldılmasına və təkrar emala dəstək olmaqdır.

S.Məmmədovanın sözlərinə görə, aksiya  payız əkin mövsümünün sonunadək Bakıda və bölgələrdə davam etdiriləcək.