"Şərti adı "B 4" olan stansiyanın tikintisi 2024-cü ildə başa çatdırıla bilər".

"Unikal" xəbər verir ki, bunu Bakı jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, hazırda stansiyada qazıntı işləri aparılır: "8 Noyabr stansiyasından "B 4" stansiyasına qədər tunellər qazılıb. Tunellərin içində quraşdırma işləri gedir. Gələn ilin sonuna, ən gec halda 2024-cü ilin əvvəlinə "B 4" stansiyasının tikintisini başa çatdıra bilərik".