Bakı şəhərinin Xəzər rayonunda hasara alınmış ərazidə 800 m² sahədə məişət tullantıları yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.