Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

"Unikal"ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, qəza Anadolu magistralının Boludan keçən hissəsində baş verib.

İstanbul istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 16 yaralı var.