Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu bu gün Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyət evində olub. 

"Unikal" xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH məsul işçiləri, icra nümayəndələri iştirak edib. 

Qəbul zamanı 19 məsələ qaldırılıb. Həmin məsələlərin 12-i yerində həll olunub, 7-si isə baxılması üçün nəzarətə götürülüb. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. 

Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını  ifadə ediblər.