Finlandiyanın Aalto Universitetinin nevroloqları alkoqolizmlə mübarizə aparmaq üçün Hento Touch qolbağı hazırlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Ruetir məlumat yayıb.

Hento Touch-ın mexanizmi ondan ibarətdir ki, geyilən zaman yüngül toxunuşu və dəriyə xoş bir vuruşu təqlid edir, bu da dopamin və oksitosinin ifrazına səbəb olur. Bu hormonlar da öz növbəsində insanın stress səviyyəsini azaldır ki, bu da Aalto Universitetinin alimlərinin fikrincə, çox vaxt “alkoqolizm üçün tətikçiyə” çevrilir.

Hento Touch layihəsinin tibb işçisi Juliana Harkki, "İdeya yaxınlığı başqa insanlarla əvəz etmək deyil, beynin müəyyən hissələrini mexaniki şəkildə stimullaşdırmağı öyrənməkdir" deyib.

Qeyd olunur ki, Hento Touch tezliklə apteklərdə peyda olacaq və burada reseptsiz satılacaq.

Hazırda bir qrup tədqiqatçı təkcə alkoqolizmin deyil, həm də qumar asılılığının qarşısını almaq üçün Hento Touch-dan istifadə imkanlarını öyrənir.

Ramil Zeynallı