Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 14-də Ankarada ABŞ-Rusiya danışıqlarının baş tutduğunu təsdiqləyib  .

"Unikal" xəbər veirr ki, Rusiya rəsmisi bildirib ki, görüş ABŞ-ın təşəbbüsü ilə baş tutub.

18:55

Ağ Ev CIA direktoru Uilyam J. Börnsun rusiyalı həmkarı ilə görüşmək üçün Ankarada olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, görüşün təfərrüatları Türkiyə kəşfiyyat mənbələrindən verilib. Ağ Ev CIA direktoru Börnsun Ankarada olduğunu açıqlayıb.

“Berns rusiyalı həmkarı ilə Ukraynada müharibənin dayandırılması məsələsini müzakirə etməyəcək”, – Ağ Ev rəsmisi bildirib. “Börns rusiyalı həmkarına nüvə silahından mümkün istifadənin nəticələri barədə xəbərdarlıq edib”, - deyə rəsmi bildirib. Burnsun Türkiyəyə səfəri ilə bağlı Ukraynaya əvvəlcədən məlumat verildiyi də bildirilib. 

Türkiyə kəşfiyyat mənbələri MİT-in ev sahibliyi ilə Ankarada Mərkəzi Kəşfiyyat İdarəsi ilə Rusiya Xarici Kəşfiyyat Xidməti arasında görüş keçirildiyini bildirib.

Kəşfiyyat mənbələri öz bəyanatlarında bildiriblər ki, MKİ direktoru Bill Börns ilə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin arasında görüş MİT-in ev sahibliyi ilə Ankarada baş tutub.

Adının açıqlanmasını istəməyən Ağ Ev Milli Təhlükəsizlik Şurasının rəsmisi də açıqlamasında Rusiya ilə xüsusilə nüvə riski və strateji sabitlik risklərinin idarə olunması ilə bağlı kommunikasiya kanallarının açıq olduğunu bildirib.

"Bu səylər çərçivəsində Bill Börns bu gün Ankarada rusiyalı həmkarı ilə görüşəcək. Heç bir danışıqlar olmayacaq. Börns Ukrayna müharibəsinin həllini müzakirə etməyəcək" -rəsmi  mənbə bildirib. 

Açıqlamada Börnsin Rusiyada “haqsız yerə” həbsdə olan Amerika vətəndaşlarının da məsələsini qaldıracağı bildirilib. 

Gültəkin Ələsgər