E-ticarət bazarının ən böyük şirkəti olan Amazon gələn həftə 10.000 nəfəri və ya bütün işçilərin 3%-ni işdən çıxarmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə “The New York Times ” Amerika təşkilatındakı mənbələrə istinadən yazıb .

Onlar ilk növbədə öz Amazon cihazlarını inkişaf etdirən texniki şöbənin əməkdaşlarını işdən çıxarmağa hazırlaşırlar. Kadrlar və satış şöbəsində də ixtisarlar aparılacaq.

Qəzetin yazdığına görə, iki il ərzində Amazonda işləyənlərin sayı iki dəfə artıb, şirkətin gəlirlərinin artımı isə səngiyib. Digər səbəb şirkətin ABŞ -da tənəzzüldən qorxmasıdır.

Ötən həftə CNBC bildirmişdi ki, Meta işçilərinin 13%-ni və ya 11 min nəfəri ixtisar edəcək. Sonra məlum oldu ki, “ Twiitter” sosial şəbəkəsini alan amerikalı sahibkar İlon Mask bir nəfərdən başqa şirkətin rabitə şöbəsinin bütün işçilərini işdən çıxarıb.

Layoffs.fyi xidmətinin məlumatına görə, 2022-ci ildə İT şirkətlərinin 100 mindən çox əməkdaşı 2022-ci ildə işini itirib .