Dünya çempionatına ev sahibliyi edəcək Qətərin nəhəng turnirə gözlənilən marağın olmadığını əsas gətirərək pakistanlı azarkeşləri işə götürdüyü iddia edilib.

"Unikal" xəbər verir ki, hər ölkə üçün ayrı-ayrılıqda icarəyə götürülən tərəfdarlara gündə 10 dollar, 3 dəfə yemək və pulsuz yer veriləcəyi iddia edilib.

Qətərin icarəyə götürdüyü azarkeşlərə həmin ölkələrin bayraq və formalarını payladığı və bu yolla tribunaların boşalmasının qarşısını alacaqları bildirilib.