Mingəçevirli 9-cu sinif şagirdi Yevlax ərazisində kanalda batıb.

"Unikal"ın məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalından mənbəyini götürən suvarma kanalının Yevlax rayonunun Tanrıqullar kəndi ərazisindən keçən hissəsində baş verib. 2010-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Rəsulov Hüseyn Subhanoviç Kor çay yaxınlığından keçən suvarma kanalında batıb. Batan yeniyetmənin axtarışlarına FHN-nin Aran Dalğıc Axtarış Qrupu cəlb olunub.

Qeyd edək ki, batan yeniyetmə 9- cu sinif şagirdidir. Faktla bağlı araşdırma aparıllr.

Ehtiram Muadov

***21:28

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.